İqtisadiyyat

“Zümrüt” Azərbaycanın yaşıllaşdırılmasında iştirak etməyi özünə şərəf bilir

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

 


Azərbaycan gözəldir, son illər daha da füsunkar olub. Hər gün gözəlləşən qardaş ölkədə yaşıllaşdırma şirkəti olaraq bizim də payımız olmasından şərəf duyarıq. Odur ki, “AfuExpo” şirkətində məhsullarımızın nümayiş etdirilməsinə qərar verdik, məmnunluqla buraya gəldik.


Bunları Bakıda keçirilən “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi”nin iştirakçısı olan “Zümrüt” Türkiyə şirkətinin rəhbəri Zahit Şahin “

AZƏRTAC

”-ın müxbirinə deyib.


Şirkət rəhbəri 2005-ci ildən park və bağları, küçə və prospektləri, idman meydançalarını, stadionları yaşıllaşdırmaq üçün qazon otu istehsalı ilə məşğul olduqlarını bildirib: “Əvvəllər tək Türkiyənin tələbatını ödədik. Zaman keçdikcə xaricilərdən təkliflər aldıq. Hazırda Balkan ölkələrində, Türkmənistanda, İraqda, Rusiya Federasiyasında xidmət göstəririk. Azərbaycanla da əlaqəmiz olub – məhsul satmışıq. İndi o xidməti burada göstərəcəyik”.