Texnologiya

Zibil liderinin adı açıqlandı

Metbuat.az

Kasperski Laboratoriyasının məlumatına görə, 2014-cü ildə qlobal poçt trafikində spamın payı azalaraq 66,8 faiz təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 3 faiz azdır. Spam məktublarının həcminə görə əvvəlki kimi ABŞ (16,7 faiz) liderdir. Amerikalı istifadəçilər arzuolunmaz məktublara bərkidilmiş zərərli fayllarla daha çox rastlaşıb.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il kibercinayətkarlar arzuolunmaz məktublarda yenidən gündəmdə olan hadisələrdən istifadə ediblər: məşhurların ölümü, hərbi əməliyyatlar və beynəlxalq idman tədbirləri. 2014-cü ildə spamerlər SMS və populyar messencerlərin (WhatsApp, Viber və başqaları) vasitəsi ilə reklam tədarükü üzrə xidmətlər təklif etməyə başlayıblar. Belə xidmətlərin sifarişçilərini ənənəvi poçt spam göndərişlərinin köməyi ilə axtarırlar və belə reklamın həcmi, həmçinin yüksəlir.
 
Zərərli bərkitmələr arasında məxfi məlumatların daxil edilməsi üçün formadan ibarət fişinq html səhifəsinə daha çox rast gəlinib. İkinci pillədə qurbanın poçt kontaktlarını toplayan və sonra özünü onlara göndərən Bagle soxulcanı, üçüncü pillədə istifadəçini fırıldaq saytlara yönləndirən Redirector troyanı qərarlaşıb.
 
Milli.Az