İqtisadiyyat

Yusif Səfərov küçəsində yeni asfalt-beton örtüyünün döşənməsinə başlanıb

Metbuat.az

[ 24 Mart 2015 11:12 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Paytaxtın Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində təmir işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, artıq yeni dönmə əməliyyatı üçün nəzərdə tutulan keçid hazırdır. Genişləndirilən digər ərazidə səki daşları düzülərək köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb.

Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanıb.