Dünya

Yunanlar yeni planlar hazırlayacaq

Metbuat.az
Yunanıstan iflasın qarşısını alacaq maliyyə yardımının ayrılması üçün qarşıdan gələn həftələr ərzində yeni islahat planını hazırlamağa razılaşıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu barədə Yunanıstan və Aİ liderləri arasında Brüsseldə keçirilən danışıqlardan sonra elan olunub.
 
Afinaya 240 milyard avro həcmində sonuncu yardım paketini ayrmaqdan öncə kreditorlar islahatların keçirilməsini tələb edirlər.
"Yununıstan hökuməti islahatlara görə tam məsuliyyəti öz üzərinə götürür və yaxın günlərdə onların siyahısını təqdim edəcək”, - Almaniya kansleri Angela Merkel deyib.
 
Yunanıstanın baş naziri görüşün nəticələrindən məmnun qaldığını deyib.
"Hesab edirəm ki, tərəflər Yunanıstan iqtisadiyyatının problemlərini tezliklə çözmək üçün əllərindən gələni etməyə hazır olduqlarını təsdiqləyiblər", - Alexis Tsipras deyib.
 
BBC müxbirinə əsasən Brüsseldə Yunanıstan nümayəndə heyətinin qarşısına qoyulan mesajın məğzi sadə olub.
"Planı tezcə təqdim edin ki, tezcə də pulunuzu ala biləsiniz", - görüşü izləyən Damian Grammaticus yazır.
 
Böhran içində olan Yunanıstan öhdəliklərinə əməl etmək üçün kəskin maliyyə qənaəti şəraitində yaşayır.
 
Milli.Az