İqtisadiyyat

Yevlaxda vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Metbuat.az

Azərbaycan, Bakı, 10 mart /Trend/

Yevlaxda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin martın 13-də Yevlaxda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az