Yevlax rayonunun Kürboyu ərazilərində yeni meşələr salınır
Yevlax, 31 mart, Tahir Ağaməmmədov,
AZƏRTAC
Yevlax rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Ədalət Zeynalov
AZƏRTAC-a bildirib ki, 2015-ci il ərzində rayonun Kürboyu ərazilərində 90 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulub.
Artıq yazlıq əkin işləri başa çatdırılıb. Varvara, Qaraoğlan və Cırdaxan meşəbəyliklərində 30 hektar sahədə tut, göyrüş, akasiya, nar və digər ağac cinslərindən ibarət yeni meşələr salınıb. 75 hektar meşəyə mexaniki xidmət göstərilib, 300 hektarda suvarma işləri həyata keçirilib.
Bundan başqa kökləndirmək üçün 0,5 hektar sahədə 20 min ədəd qələm basdırılıb, 2 hektarda (80 min ədəd) sərv, tuya və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. 1 hektar sahədə akasiya ağaclarından ibarət tinglik səpilib.
Payız mövsümündə daha 60 hektarda yeni meşələr salınacaq.