Maraqlı
Yenilənmiş BMW 1-Series - FOTO
Çox vaxt gurultulu “yenilənmə” sözü altında yalnız fərqli bamperlərin olmasına tez-tez rast gəlirik. Amma yenilənmiş BMW 1-Series belə deyil: 1-ci seriya kuzovunun qabaq hissəsi praktik olaraq tamamilə dəyişdirilib! Bura bamper, radiator barmaqlığı və həmçinin faralar daxildir. Eyni zamanda arxa hissədə də yeniliklərin hiss edilmədiyini demək olmaz. Avtomobilin bu hissəsində işıqdiod fənərlər, bamper və yük yeri qapısı dəyişdirilib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, BMW 1-Series yenilənməsi üçün BMW şirkəti doqquz mühərrik hazırlayıb: beş benzin və dörd dizel. Əsas yenilik 1,5 litrlik 3 silindrli benzin turbomühərrikidir. 109 a.g. və 180 Nm fırlanma anı hasil edən bu aqreqat 116i versiyası üçün nəzərdə tutulub. M135i zirvə versiyası 326 at güclü 6 silindrli turbomühərriklə təchiz edilib.
Baza avadanlıqlarının genişlənmiş siyahısı da yenilənmənin nəticəsidir. Həmin siyahıya klimat-kontrol, quzu dərisi ilə üzləmə, yağış məlumatlandırıcısı və 6,5 düymlük displeylə iDrive multimedia sistemi əlavə edilib. Bu da hələ hamısı demək deyil. Mühərrikin düymədən işə salınması, elektrik şüşəqaldırıcılar və yan güzgülərin qızdırılması da artıq baza təchizat siyahısına əlavə edilib.
Milli.Az