Dünya

Yeni Zelandiyada həyəcan təbili

Metbuat.az

Sakit okeanda yerləşən Vanuatunun böyük bir hissəsini məhv edən dağıdıcı qasırğa daha bir ölkədə təlaşa səbəb olub.



ANS PRESS-in məlumatına görə, Yeni Zelandiyanın çatem arxipelaqında “Pem” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu barədə ölkənin baş naziri Con FilLip Ki bildirib.



Onun sözlərinə görə, Yeni Zelandiyanın şərqində yerləşən adada 600 nəfərə yaxın insan yaşayır. Meteroloqlar bildirir ki, adaya yaxınlaşan küləyin sürəti saniyədə 36 metr, saatda isə 130 kiıometrə çatır.



Qeyd edək ki, Pem qasırğası ötən günlərdə Sakit okeandakı kiçik ada dövlətlərindən olan Vaunatuya faciəli zərbə vurub.


Burada qasırğa qurbanları sayının rəsmi olaraq 24 olduğu bildirilsə də, ölü sayının çox olduğu güman edilir.

Mənbə
ANS PRESS