Maraqlı
Yeni musiqi servisi işə düşdü - VİDEO - FOTO
Dünyaca məşhur amerikalı müğənni Beyonsun əri, tanınmış reper və prodüser Şon "Cey Zi" Karter dünən "Tidal" adlı musiqi servis-platformasını işə salıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Nyu-Yorkda keçirilən təntənəli təqdimat mərasiminə Beyonse, Rianna, Kanye Uest, Ded Maus, Niki Minaj, Madonna, Aşer, Kelvin Harris və s. ulduzlar da qatılmışdılar.
Cey Zinin satın aldığı musiqi striminq platformasına "Arcade Fire" və "Coldplay" kimi populyar qruplar da dəstək veriblər.
Çox yüksək keyfiyyətli musiqiyə onlayn qulaq asmağa imkan verən "Tidal"ı inkişaf etdirmək niyyətində olduğunu vurğulayan Cey Zi yeni treklərin və relizlərin satın alınacağını, kliplərin nümayiş ediləcəyini bildirib.
Ekspertlərin "Spotify" və "Beats Music"in ən ciddi rəqibi saydıqları "Tidal"a 2 variantda aylıq abunə olmaq olar.
MP3 formatda musiqi dinləmək istəyənlər ayda 9,99 dollar, "lossless" formata üstünlük verənlər isə ayda 19,99 dollar ödəməlidirlər.
"Tidal"da artıq 25 milyon trek və HD keyfiyyətdə 75 min klip var. Müqayisə üçün deyək ki, Facebook sosial şəbəkəsinə məxsus "Spotify"də musiqi treklərinin sayı 30 milyondur.
Cey Zi İsveçdəki "Aspiro" musiqi servisini də 54 milyon dollara satın almaq istəyir.
Milli.Az