Maraqlı
Yeni Citroen DS 6 krossoveri sınanır - FOTO
Hazırda yeni Citroen DS 6 krossoverin sınaqları Rusiya ərazisində keçirilir. Avtomobil əvvəllər Çin bazarı üçün nəzərdə tutulmuşdu. Rusiyanın Kaluqa şəhərində müxtəlif rənglərdə eyni vaxtda üç yolsuzluq avtomobili görünüb. Məlum olduğu kimi, həmin şəhərdə PSA Peugeot Citroen və Mitsubishi şirkətlərinin birgə istehsal müəssisəsi yerləşir.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, DS 6 satışa bu il çıxarılmayacaq. Ümumiyyətlə, premial modelin Rusiya da daxil olmaqla digər bazarlara çıxırılması nəzərdə tutulmurdu və o ancaq Çin bazarı üçün buraxılmalı idi. Lakin bir müddət sonra avtoistehsalçı modelin Avropada da satılacağını elan etdi. Hazırda yolsuzluq avtomobili Çində 1,6 litr həcmli 167 və 200 at güclü mühərriklərlə satılır.
Milli.Az