Ölkə

Yeni bəyannamə inmzalandı (VİDEO)

Metbuat.az

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanda səfərdə olub. Sofiyada bolqarıstanlı həmkarı ilə təkbətək və geniştərkibli görüşlərdə ikitərəfli münasibətlərin siyasi-iqtisadi tərəfləri araşdırılıb.



ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev bolqarıstanlı həmkarı ilə görüşündə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu qeyd edilib. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Bolqarıstanın prezidenti deyib ki, Azərbaycan Bolqarıstan üçün çox yaxşı, etibarlı dost və tərəfdaşdır. Danışıqlar başa çatdıqdan sonra hər iki ölkənin prezidenti strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni imzalayıblar.



Ölkə başçısı daha sonra Bolqarıstanın Baş naziri Boyko Borisovla görüşüb. Görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib. İqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimizin energetika sahəsində, həmçinin “Cənub qaz dəhlizi” layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub. Görüşdən sonra Azərbaycan-Bolqarıstan arasında bir sıra sənədlərdə imzalanıb.



Mənbə
ANS TV