Maraqlı

Yeni Bentley EXP 10 Speed 6 - FOTO

Metbuat.az

Cenevrə avtosalonunda debüt etmiş iki yerli lüks-klas konseptkar Bentley EXP 10 Speed 6 Britaniya avtoistehsalçısının model sırasında yeni, beşinci model ola bilər.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu avtomobilin bazara Bentayga krossoverin ardınca çıxması mümkündür. Bentley prezidenti Volfqanq Dürxaymer konsepti təqdim edərkən bildirib ki, o gələcəkdə Continental GT ilə paralel model sırası təşkil edə bilər.
 
Dürxaymer qeyd edib ki, konseptin dizaynı eksteryerin təkamülünü göstərir – yeni Bentley avtomobilləri xaricdən daha idmansayağı və emosional cəlbediciliyə malik olacaq. Onun sözlərinə görə, EXP 10 Speed 6 seriya versiyası buraxılarsa, qiymət baxımından Continental GT ilə eyni olacaq.
 
Konseptin adı – EXP 10 – “eksperimental” sözündən götürülüb, Speed 6 isə bir cərgə altı silindrli mühərrikə işarədir. Güc qurğusunun texniki təfərrüatı açıqlanmayıb.
 
Milli.Az