Dünya
Yəməndə baş vermiş iki partlayışda 120 nəfər ölüb, 150 nəfər yaralanıb
[ 20 Mart 2015 23:21 ]
Bakı-APA. Yəmənin paytaxtı Sanada iki məsciddə cümə namazı vaxtı partlayış baş verib.
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bombalı hücum nəticəsində 120 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilir.
Yəmənin Müdafiə Nazirliyindəki qaynaq hadisəni “canlı bombalar”ın törətdiyini açıqlayıb.
Hələlik hadisəni heç bir qruplaşma üzərinə götürməyib.