Maraqlı

Yemək qutusundan böyük ilan çıxdı - FOTO

Metbuat.az
22 yaşlı Cared Smit səhər yeməyinə hazırlaşırdı və o, qarğıdalı lopalarını südlə yemək istəyirdi.
 
Lakin o, qutunu açanda dəhşətə gəlib.
 
Çünki 22 yaşlı Caredin açdığı qutudan qıvrılaraq ilan çıxıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Avstraliyanın Sidney şəhərinin yaxınlığındakı Devidson qəsəbəsində yaşanıb.
 
Qorxuya düşmüş Cared Smit evdən həyətə qaçıb və "NSW Wildlife Information, Rescue and Education Service"ə zəng vurub.
 
Az sonra gələn mütəxəssislər qara rəngli "almaz" pitonunu tutublar.
 
Milli.Az