Ölkə
AZƏRTAC
Yazın gəlişi münasibəti ilə Ağstafada yaşıllıqlara xüsusi qulluq göstərilib, təmizlik işləri aparılıb
Ağstafa, 9 mart,
AZƏRTACYazın gəlişi münasibəti ilə Ağstafa rayonunda yaşıllıqlara xüsusi qulluq göstərilib, genişmiqyaslı təmizlik işləri həyata keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə rayonun müəssisə, idarə və təşkilatlarının kollektivləri iştirak edib. Ağstafa şəhərinin prospekt və küçələrində, avtomobil yollarının kənarlarında salınan ağaclar budanıb, dibləri şumlanaraq suvarılıb.
Bakı-Qazax avtomobil yolunun və dəmiryol xəttinin rayon ərazisindən keçən hissələri boyunca da təmizlik işləri aparılıb.