Maraqlı
Yazıçı 40 min funt qazandı
Hind əsilli amerikan yazıçı Akil Şarma “Family life” adlı avtobioqrafik romanına görə “Folio” mükafatına layiq görülüb.
Milli.Az axar.az-a istinadən bildirir ki, roman hind əsilli bir ailənin ABŞ-a köç etməsindən bəhs edir.
Akil Şarma Hindistanda anadan olub, kiçik yaşlarında Amerikaya köç edib. Onun ilk romanı “An Obedient Fahter” 2001-ci ildə Heminquey Fondunun təşkil etdiyi Pen mükafatını alıb.
Qeyd edək ki, “Folio” mükafatı İngiltərənin məşhur Buker mükafatına alternativ olaraq yaradılıb. Lakin “Folio” mükafatına qatılmaq istəyən yazıçının hansı ölkədən olmasının fərqi yoxdur. İngilis dilində yayımlanan bütün əsərlər “Folio” mükafatına təqdim edilə bilər. Bu mükafata layiq görülən yazıçı 40000 sterlinq qazanır.
Milli.Az