Ölkə

Yaşayış binasındakı mənzillərdə yanğın zamanı binadan 30 nəfər təxliyə olunub

Metbuat.az

Bakı, 7 mart,

AZƏRTAC

 


Bakı şəhərinin Səbail rayonunda fərdi üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 48 kvadratmetr olan ikiotaqlı və digər fərdi ümumi sahəsi 48 kvadratmetr olan ikiotaqlı mənzil yanıb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.


Alov yanğınsöndürənlər tərəfindən söndürülüb, qonşu mənzillər yanğından mühafizə olunub.