Dünya

Yaponiya doğumu artımaq istəyir

Metbuat.az
Yaponiya hökuməti ölkədə doğum əmsalının artması məqsədilə direktiv layihə işləyib hazırlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən uşaq anadan olduqdan sonra məzuniyyət hüququ verilən ataların sayının 2020-ci ilədək 80 faizə çatdırılması nəzərdə tutulub.
 
Layihədə qeyd edilir ki, Yaponiyada uşaqların sayının azalması ölkənin sosial-iqtisadi əsaslarını sarsıda biləcək təhlükəli vəziyyət yaradıb.
 
Hökumət müvafiq sistemi və institutları yoxlamağı, eyni zamanda, qarşıdakı beş ildə yeni tədbirlər görməyi planlaşdırır.
 
Milli.Az