Maraqlı

Yapon ruhlu Rolls-Royce Phantom - FOTO

Metbuat.az

Rolls-Royce şirkəti Cenevrə avtosalonunda Phantom modelinin Phantom Serenity adlı yeni unikal xüsusi versiyasını təqdim edib. Yeni modeli fərqləndirən cəhət onun Çin ipəyi ilə işlənmiş interyeridir.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Phantom interyerinin işlənməsi üçün ipəyin hazırlanmasında həm Çin, həm də Britaniya mütəxəssisləri iştirak ediblər. Maşın üçün materialın ölçülməsi, kəsilməsi, naxışlanması və tikilməsi – bütün işlər əl ilə görülür. Təkcə bir Phantom-un içərisinə 10 m parça işlənir. Xüsusi hazırlanmış həmin parçanın sıxlığı bir kvadrat santimetrdə 140 ilmədir. İnteryerin bir detalının naxışlanmasına 600 saatadək (25 gün) vaxt sərf edilə bilər.
 
Bundan başqa Rolls-Royce Phantom Serenity interyerinin işlənməsində dəridən, gilasdan və bambukdan da istifadə edilib. Maşının 12 dəfə pardaxlanmış (cilalanmış) kuzovuna ən bahalı rəng qamması - Mother of Pearl vurulub.
 
Xüsusi versiya 460 a.g. və 719 Nm fırlanma anı hasil edən 6,75 litrlik V12 mühərriki ilə təchiz edilib. Sedan yerindən 5,6 saniyədə 96 km/saat sürətlənə bilir.
 
Milli.Az