İqtisadiyyat
“YapıKredi Bank Azərbaycan” yeni kampaniya keçirir
Bakı, 5 mart,
AZƏRTAC“YapıKredi Bank Azərbaycan” yeni kampaniya keçirir.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, şərtlərə görə, aprelin 30-dək “World” loqosu olan “Azərpoçt” şöbələrində aparılan “YapıKredi Bank Azərbaycan” istehlak krediti və “Worldcard” borc ödənişi üçün komissiya tutulmayacaq. Ödəmələr yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər və növbəti iş günü hesaba köçürüləcək. Həftə sonuna və ya qeyri-iş günlərinə (bayram günlərinə) təsadüf edən ödəmələr növbəti iş günü hesaba köçürüləcək.