İqtisadiyyat

Yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 milyon manatlıq xidmət göstərilib

Metbuat.az

Bakı, 15 mart,

AZƏRTAC

İnformasiya və rabitə sektorunda bu ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10 faiz çox xidmət göstərilib.


Dövlət Statistika Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3 faiz təşkil edib. Bu gəlirlərin 53,7 faizi mobil telefon rabitəsindən əldə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 1,9 faiz artaraq 136,8 milyon manat təşkil edib.