Dünya

Yanukoviçin oğlunun ölüm xəbəri yayıldı

Metbuat.az

Ukraynanın sabiq prezidenti

Viktor Yanukoviç

in oğlu

Viktor Yanukoviç

Baykal gölündə balıq tutarkən suda batıb.



Virtualaz.org

saytı xəbər verir ki, bu məlumatı bir sıra Ukrayna KİV-ləri yayıb. Bu məlumatı bir çox siyasətçilər də sosial şəbəkələrdə paylaşıblar. Eyni zamanda Rusiya nəşrləri xəbəri tirajlayıb.



Məsələn, “Antikor” nəşri yazır: “Hadisə martın 20-də saat 19:00 radələrində baş verib. Olay haqda ziddiyyətli informasiyalar gəlir. Versiyaların birinə görə, Viktor Yanukoviçin adaşı olan oğlu ov edərkən buz sınıb və o, dostu ilə birlikdə suya düşərək boğulub. Onun dostunun adı dəqiqləşdirilməyib”.



Bu xəbəri Yanukoviçlər ailəsinə yaxın qaynaqlardan

Mixail Pavliv

də təsdiqləyib.



Digər versiyaya görə isə Viktorun idarə etdiyi “CİP” markalı maşın kanat körpüsündən çaya düşüb.



Sabiq prezidentin oğlu Baykal yaxınlığındakı qəsəbələrin birində keçiriləcək ralli yarışlarına hazırlaşırdı. Ukrayna və Rusiya KİV-ləri bu ziddiyyətli xəbərləri dəqiqləşdirməyə çalışır.



Milli.Az