Ölkə

Xırdalandakı bazarda qardaş bacısını güllələdi

Metbuat.az

Xırdalan bazarında silahlı insident baş verib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan Mərkəzi Bazarında qeydə alınıb.

İlkin məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs bacısına atəş açaraq onu yaralayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insident baş verən ərazidə araşdırma aparır.