Ölkə

XİN: Kazanda baş vermiş yanğın nəticəsində bir Azərbaycan vətəndaşı həyatını itirib

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

 


Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Rusiyadakı səfirliyi Kazan şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olmasını Rusiya Federasiyasının Tatarıstan Respublikasının fövqəladə hallar xidməti ilə araşdırır.


Tatarıstan Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Andrey Rodigenin Azərbaycanın Rusiyadakı səfirliyinə verdiyi məlumata görə, hazırkı vaxtda bir nəfər Azərbaycan vətəndaşının yanğın zamanı həyatını itirdiyi müəyyən olunub.


Əlavə məlumat daxil olan kimi kütləvi informasiya vasitələrinə məlumat veriləcək.