İqtisadiyyat
“Xalq” Bankın “Yubiley” filialı fəaliyyətə başlayıb
Bakı, 31 mart,
AZƏRTAC“Xalq” Bankın Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, bankın yaranmasının onilliyində açılan yeni filiala “Yubiley” adı verilib. “Yubiley” filialı bankın ümumilikdə sayca 26-cı filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.
Filial Bakı şəhəri, Azərbaycan prospekti, 11, ünvanda yerləşir.
Ətraflı məlumatı bankın Məlumat Mərkəzindən (012) 497 5812; Faks: (012) 497 5814 əldə etmək olar.