İqtisadiyyat

“Xalq Bank” stimullaşdırıcı tirajlı lotereya keçirəcək

Metbuat.az

Bakı, 22 mart,

AZƏRTAC

“Xalq Bank” müştəriləri üçün stimullaşdırıcı tirajlı lotereya keçirəcək.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, bankın saytında kommunal, rabitə, kabel televiziyası, mobil operator və internet provayderlərin xidmətlərini ödəyən istifadəçilər lotereyada oynanılan hədiyyələrə sahib ola bilərlər. Lotereyada multibişirici, qəhvəbişirən, ütü, tozsoran, qəhvəüyüdən, manikür dəsti, çaydan, mətbəx tərəzisi və digər müxtəlif hədiyyələr təqdim olunur.


Lotereyanın uduşu iyulun 18-də keçiriləcək. Aksiyada hədiyyələr qazanmaq istəyən müştərilər www.xalqbank.az saytından qeydiyyatdan keçməklə, xidmət haqlarını onlayn-ödənişlər səhifəsində ödəyərək bonuslar toplayır və bu bonusların sayından asılı olaraq lotereyada iştirak edəcək müvafiq sayda elektron bilet əldə edə biləcəklər. Bir elektron bilet istifadəçinin balansında toplanmış 1000 bonusun qarşılığında əldə olunur. 1000 bonusun toplanması üçün Xalq Bank plastik kartları ilə 5 manat, digər bankların kartları ilə 10 manat dəyərində ödəniş aparılmalıdır. Hər elektron bilet iştirakçıya hədiyyə qazanmaq üçün bir şans verir.


Ətraflı məlumatı bankın internet səhifəsindən və ya 138 qısa nömrəsi ilə Məlumat Mərkəzindən əldə etmək olar.