Ölkə
Xaçmaz rayonunda yanğın olub
Xaçmaz rayonu Niyazoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli beş otaqlı evin yanar konsturuksiyaları və əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov saat 04:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.