İqtisadiyyat

“Xaçmaz” elektrik şəbəkəsinin xidməti ərazisində yenidənqurma və təmir işləri aparılıb

Metbuat.az

Bakı, 8 mart,

AZƏRTAC

 


Ötən il “Xaçmaz” REŞ-in xidməti ərazisində yerləşən yarımstansiyalarda, elektrik verilişi xətlərində (EVX) yenidənqurma və böyük həcmdə cari, əsaslı və orta təmir işləri aparılıb.


“Azərenerji” ASC-nin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, təlabatçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə 330 kilovoltluq Xaçmaz və Dərbənd, 110 kV-lik 1-ci – 7-ci “Xaçmaz” hava xətlərində (HX), “Çarxı”, 1-ci və 2-ci “Qusar” və digər, 35 kV-lik HX-lərində əsaslı təmir qrafikinə uyğun olaraq 150 kilometr məsafədə təmir işləri aparılıb, ümumilikdə 1600-dən artıq izolyator yenisi ilə əvəzlənib.


Eyni zamanda, 110 kV-lik “Qusar” yarımstansiyasından eyni adlı 35 kV-lik yarımstansiyanı qidalandıran yeni 35 kV-lik iki dövrəli hava xəttinin (6 kilometrə yaxın) tikintisi işləri aparılıb. Hazırda həmin EVX-nin kabel xətti ilə çəkiləcək hissəsində işlər davam etdirilir.


35 kV-lik “Quba-Qusar” və “Qonaqkənd” HX-lərində aparılmış təmir işləri zamanı dayaqlar təmir edilərək bir neçə dayaq dəyişdirilib.


Bütün bunlarla yanaşı 110 kV-lik 1-ci və 2-ci “Quba” HEVX-nin 5-ci “Xaçmaz” hava xəttinə giriş-çıxışla birləşdirilməsi ilə əlaqədar yenidənqurma işləri aparılıb.