Dünya

Vladimir Putin Bakıya gəlir

Metbuat.az

Rusiya prezidenti Vladimir Putin yay aylarında Bakıya səfəri gözlənilir.



ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.



Peskov bildirib ki, Putinin iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycan paytaxtına gələcəyi gözlənilir.



“Həqiqətən Bakıdan belə bir dəvət gəlib. Bakıya səfərin baş tutmasını istisna etmək olmaz. Dəqiq qərar veriləndən sonra əlavə məlumat veriləcək” - deyə Peskov bildirib.



Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları iyunun 12-dən 28-ə qədər davam edəcək.

Mənbə
ANS PRESS