Texnologiya

Viruslar rekord vurdular

Metbuat.az

İspaniyanın Panda Security informasiya texnologiyaları (İT) şirkəti tərəfindən bu həftə təqdim edilən hesabata görə, 2014-cü il zərərli proqram təminatının sayına görə rekord il olub. Belə ki, ötən il ekspertlər tərəfindən 75 milyon kompüter virus növü aşkarlanıb.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu göstərici Panda Security tərəfindən ötən il aşkarlanan zərərli proqram təminatının sayını iki dəfədən çox üstələyir. 2014-cü ildə gündə orta hesabla 200 min zərərli virus nümunəsi qeydə alınıb.
 
Zərərli proqram təminatı ilə bağlı son 25 il ərzində keçirilən tədqiqat zamanı şirkət ekspertləri 220 milyon zərərli virus aşkarlayıb. Bu sayın 34 faizi məhz 2014-cü ilin payına düşür. Panda Securitynin texniki direktoru Luis Korronsun sözlərinə görə, 2015-ci ildə təhdidlərin sayının artacağı gözlənilir. Bununla əlaqədar həm korporativ, həm də fərdi istifadəçilər onlara reaksiya verməyə hazır olmalıdır, - texniki direktor vurğulayıb.
 
Milli.Az