İqtisadiyyat
“Veysəloğlu” şirkəti Novruz bayramı ilə əlaqədar təşkil olunmuş yarmarkalarda iştirak edir
Bakı, 16 mart,
AZƏRTAC“Veysəloğlu” Satış və Distribyuter Şirkəti Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtın və respublikanın bir neçə rayonunda təşkil olunacaq yarmarkalarda özünün 50 növdə ərzaq və qeyri ərzaq məhsulu ilə iştirak edir.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, şirkət bayram günləri Bakının Yasamal, Nərimanov, Xətai, Qaradağ rayonlarında, eləcə də Sumqayıt, Lənkəran, Səlyan, Qəbələ, Ağdaş, Samuxda təşkil olunacaq yarmarkalarda müştərilərə topdansatış qiymətlər ilə xidmət göstərəcək.