İqtisadiyyat
Vergilər Nazirliyi proqnoz tapşırığa 103,2 faiz əməl edib
Bakı, 15 mart,
AZƏRTAC
Bu ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz tapşırığına 103,2 faiz əməl edilib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, qeyri-neft-qaz sektoru üzrə 666 milyon 635,9 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.