Vergilər Nazirliyi inzibati binasının tikintisi ilə bağlı tender elan edib
Bakı, 12 mart,
AZƏRTACVergilər Nazirliyi Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikintisi üzrə görüləcək işlərin yerinə yetirilməsinin satın alınması üçün açıq tender elan edib.
Nazirlikdən
AZƏRTAC-a verilən məlumata görə, tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, yazılı surətdə AZ1073, Bakı şəhəri, Yasamal rayonu, akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender təklifi zərfləri aprelin 30-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Qeyd edək ki, tenderdə iştirak etmək üçün iddiaçı sənədləri prosedurun başlanmasından 7 bank günü əvvəl təqdim olunmalıdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir).
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 1 200 (min iki yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürərək ödəniş sənədinin surətini təqdim etməlidir:
AR Vergilər Nazirliyi
Hesab №–: AZ65CTRE00000000000002118401
VÖEN: 1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/h:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK:CTREAZ22
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.