Ölkə

Vahid Mustafayev TRT-də (FOTO)

Metbuat.az

ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayev TRT Avaz kanalının səhər verlişinə qonaq olub.



ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, Vahid Mustafayev verilişdə 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə bağlı fikirlərini bildirib.



Vahid Mustafayev Azərbaycanlıların Soyqırım Günü ilə bağlı bir tədbirə də qatılıb. Həmin tədbirdə TRT istehsalı olan "Karabağın sessiz çığlığı" adlı film nümayiş olunub.



Daha sonra tamaşaçılar üçün "Qanlı Yanvar" filmindən görüntülər təqdim olunub. Filmi izləyənlər kinorejissor Vahid Mustafayevə bir sıra suallar ünvanlayıblar.



Günün ikinci yarısında isə Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev və ANS TV-nin Türkiyə bürosundan Pərviz Sultansoy TRT Avaza qonaq olub. Fuad Mustafayev Azərbaycan qarşı törədilən vəhşiliklərin görüntülərinin çox ağır olduğunu dilə gətirib.



"Mənim atam çətin zamanlarında Xocalıda olub. Onun çəkdikləri bütün dünyada nümayiş etdirilib. Çox çətin kadrlardır. Amma bu bizim üçün çox vacib idi. Xocalı mənim atamın çəkilişləri ilə bütün dünyaya sübut olundu. Bu gün də biz bu çəkilişlər üzərində işləyə bilərik. Xocalıda törədilənlərin bütün beynəlxalq hüququlara zidd olduğunu sübut edə bilərik", - deyə F.Mustayev qeyd edib.



Jurnalist Pərviz Sultansoy isə bu sahədə təbliğat aparılmasının vacibliyini vurğulayıb. O bildirib ki, ANS çətin vaxtlarda xalqımızın başına gətirilən bəlaları dünyaya çatdırıb:



"ANS Azərbaycanın ilk müstəqil kanalıdır. Bu kanal müharibə dövründə, o zamankı gerçəkləri yayımlamaq üçün yaradılıb. Bu gün isə Fuadın atasının lentə aldığı həmin görüntülərdən istifadə edilir. Bunun sayəsində ermənilərin törətdiyi qətliamları anlada bilirik. Bu gündən sonra biz bu məlumatları dünyaya hayqırmalıyıq. Vahid Mustafayevin "Xoca", "Qanlı yanvar" kimi filimləri bu sahədə böyük rol oynayır. 6 il öncə ilə müqayisədə bu gün bu məsələlərə daha çox yer ayrılır. Kaş ki, illər öncə türk televiziyaları bunu edəydilər", - deyə jurnalist vurğulayıb.







Mənbə
ANS PRESS