Üsyançıların lideri: Səüdiyyə rejimi Yəmən xalqını qul vəziyyətinə sala bilməyəcək
Bakı. 26 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra digər ərəb dövlətləri Yəmənə qarşı hərbi əməliyyatları dərhal dayandırmasa husilərin cavabı gecikməyəcək.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlamanı üsyançı husilərin lideri Abdel Malik al-Housi səsləndirib.
Əhaliyə aqressiyaya qarşı vahid cəbhədə birləşmə çağırışı edən üsyançı lider vurğulayıb ki, "Səüdiyyə rejimi Yəmən xalqını qul vəziyyətinə sala bilməyəcək".
Abdel Malik al-Housi deyib ki, əyər avia zərbələr dayandırılmasa Yəmənlilər "cavab addımlar atacaq" və "Ər-Riad höküməti səhvini anlayacaq".
Kütləvi İnformasiya vasitələrinin məlumatına görə Səudiyyə Ərəbistanı əməliyyata 100 qırıcı tıyyarə,150 min əsgər və hərbi-dəniz qüvvələri cəlb edib.
Əməliyyatı, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Bəhreyin, Mərakeş və Sudan da dəstəkləyir.