Maraqlı

Ürək parçalayan kadrlar: o, sadəcə güzgüyə baxmaq istəyir - FOTO

Metbuat.az

"Tanrıdan bir istəyim var: günlərin birində yuxudan ayılmaq və güzgüyə baxmaq istəyirəm. Qorxmadan, sevinərək, ya da normal. Bunu istəyirəm. Çox istəyirəm".



9 yaşlı Syan Syanın arzusu belədir. Çində "Maskalı oğlan" kimi tanınan bu uşaq 2011-ci ildə evdəki yanğın zamanı şikəst qalmışdı.
 
Milli.Az People Daily-ə istinadən bildirir ki, bədənində, başında və üzündə ağır yanıq yaraları olan Syan Syan dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalandan sonra xüsusi maskada gəzmək məcburiyyətində qalıb.
 
Syanla bağlı informasiyalar və reportajlar mediada yer alandan sonra onu "Maskalı oğlan" çağırmağa başlayıblar.
O daha maska taxmaq istəmir, normal uşaq olmağı arzulayır.
 
Valideynlərinin dediklərinə görə, həmin dəhşətli yanğından sonra balaca Syan cəmi bir dəfə güzgüyə baxıb, qorxub. Həmin gündən bəri Syan güzgüyə baxa bilmir.
 
Syan Syanın atası Van Jenmin oğlunu Pekinə aparıb. Syanın üzündə və vücudundakı yanıq izlərini aradan qaldırmaq üçün təqribən 300 min yuan, yəni 40 min dollarlıq əməliyyat aparılmalıdır.
 
Syanın normal nəfəs alması üçün onun üzünə və başına ilkin dəri transplantasiyasından sonra oğlan bir qədər normallaşıb. Amma Syan hələ də şikayətlənir.
 
"Uşaqlarla oynayanda mənə gülür, ələ salırlar. Axı mən niyə həmişə maskada gəzməliyəm?! Mən də adi oğlan olmaq istəyirəm", - Syan Syan deyib.
Syanı Pekində əməliyyat edəcək doktor Çjan Şenin sözlərinə görə, uşağın siması və vücudunun normaya salınması üçün 10 əməliyyatdan ibarət plastik cərrahiyyə kursuna ehtiyac var.
 
Çinin Fenyan şəhərində yaşayan Syan Syan yanğına düşəndə onun 5 yaşı vardı...
 
Milli.Az