Ölkə

Uorlikdən Qarabağ tviti (FOTO)

Metbuat.az

ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu gün Minskdә Dağlıq Qarabağ münaqişәsini müzakirә ediblәr.



ANS PRESS-in mәlumatına görә, bu barәdә ATƏT-in MİNSK qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" hesabında yazıb.



“Minskdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində faydalı görüş oldu. Biz, ATƏT-in Minsk qrupunun bütün üzvləri işləmək üçün səbrsizliklə gözləyirik”, - deyə Ceyms Uorlik bildirib.



Amerikalı həmsədr sosial şəbəkədəki səhifəsində görüşü əks etdirən foto şəkil də paylaşıb.



Xatırladaq ki, Belarus ATӘT-in Minsk qrupuna üzv ölkәlәrdәn biridir.



Mənbə
ANS PRESS