Maraqlı
Unikal Ford GT - FOTO
Ford Cenevrə avtosalonu çərçivəsində yeni GT modelinin Avropa premyerasını keçirib. İlin əvvəlində NAIAS-2015 sərgisində ilk dəfə ictimaiyyətə təqdim edilən konseptin ( Detroyt-2015: Ford GT (+Video) ) seriya davamı 2016-cı ildə gələcək.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Ford şirkəti təmsilçilərinin dediyinə görə satış variantının buraxılışı ilə Kanadanın Multimatic Motorsports şirkətindən olan tərəfdaşlar məşğul olacaq və model 95% konsept ilə eyni olacaq və yalnız optika və güzgülər kimi detallarda dəyişikliklər olacaq.
Ford GT modelindən ildə cəmi 250 nüsxə buraxılacaq. Hər bir avtomobilin qiyməti təxminən 350 000 avro olacaq.
Milli.Az