İqtisadiyyat

“Unicapital” ASC “Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə qoşulub

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Martın 13-dən “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş - broker şirkəti olan “Unicapital”ASC şirkəti qoşulub.


Bakı Fond Birjasından (BFB)

AZƏRTAC

-a bildiriblər ki, Kollektiv Sazişə əsasən, tərəfdaş seçilmiş şirkət LMP çərçivəsində BFB-yə müraciət etmiş emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyə və təlim xidmətləri təqdim edir.


Qeyd edək ki, Listinq Məsləhət Proqramı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.