İqtisadiyyat

Unibankdan əsl xanım hədiyyəsi (FOTO)

Metbuat.az

Qadın – gözəllik, zəriflik rəmzidir. Qadınlara istədikləri hədiyyəni etmək üçün isə hədiyyə seçimini məhz xanımların özlərinə həvalə etmək ən doğru qərardır.



Elə bu səbəbdən, Unibank qadınların bayramını möhtəşəm və unudulmaz etmək məqsədilə 8 marta 8 taksit kampaniyasına başlayır. Martın 7, 8 və 9-u Albalı plus (Albalı) kartı ilə alış-veriş əsl bayram əhvalı yaradacaq.



Kampaniyanın davam etdiyi 3 gün ərzində Albalı plus (Albalı) kart sahibləri 3 və 6 taksitli alış-verişlərə Unibank-dan əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik, 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə 1000-dən artıq partnyor mağazada müxtəlif endirim və hədiyyələr Albalı plus (Albalı) kart sahiblərini gözləyir.



Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - Albalı plus kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. Albalı plus beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.



Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.



Albalı plus - arzuları reallaşdıran kart.



Unibank – hər kəsin bankı.



Mənbə
ANS PRESS