Maraqlı

​Ukraynada Taras Şevçenkonun heykəli oğurlanıb

Metbuat.az

Bakı. 27 mart. REPORT.AZ/ Ukraynanın Çerkasski vilayətində naməlum şəxslər şair Taras Şevçenkonun heykəlini oğurlayıblar.


"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə

Daxili İşlər Nazirliyi

nin vilayət üzrə idarəsinin məlumatında bildirilir.


Məlumata görə, heykəl şairin doğma kəndində olub.


"Heykələ ziyan dəyməsi barədə məlumat bu gün səhər saatlarında daxil olub. Cinayətkarlar ekspozisiyanın bir hissəsini kəsərək oğurlayıblar. Hadisə yerində Zveniqorod rayon milis şöbəsinin istintaq-əməliyyat qrupu işləyir", - deyə məlumatda qeyd olunur.