Dünya
Milli.Az
Ukraynada şaxtada partlayış: 30 nəfər öldü
Ukraynanın Donetsk vilayətindəki Zasyadko adına şaxtada partlayış olub.
Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər ölüb.
Zəhərli qaz ucbatından xilasedicilər partlayış baş verən yerə gedə bilmirlər.
Hadisə baş verən zaman şaxtada 207 şaxtaçı olub. 73 nəfərin dağıntılar altında qaldığı deyilir. Ölənlərin sayı arta bilər.
Milli.Az