Dünya

Ukraynada azərbaycanlı iş adamı qarət olunub

Metbuat.az
Ukraynada azərbaycanlı iş adamı, diaspor nümayəndəsi hücuma məruz qalaraq qarət olunub

Donetsk vilayətinin Krasnoarmeysk şəhərinin Azərbaycanlılar Cəmiyyətinin sədri

Şahin Bəylərov APA

-ya bildirib ki, hücuma məruz qalan şəxs əslən Azərbaycanın İmişli rayonundan olan Ukrayna vətəndaşı, 59 yaşlı

Rza İsmayılov

dur.


 


Dnepropetrovsk vilayətində yaşayan R. İsmayılov şəxsi işi ilə bağlı Krasnoarmeysk şəhərinə gedərkən şəhərin girişində maskalı, hərbi geyimdə olan bir neçə naməlum şəxs onun avtomobilinin qarşısını kəsib. İş adamını ölümlə hədələyən şəxslər onun üzərindəki 30 min dollara yaxın pulu götürərək qaçıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb, axtarış aparılır.



Milli.Az