Ölkə

Ukrayna uşaq evində Novruz bayramı

Metbuat.az

Ukraynada Azərbaycanlı Gənclər Birliyinin (SAMU) üzvləri Ukraynanın Vinnetsk vilayətində uşaq evində olublar.



ANS PRESS-in məlumatına görə, tədbir Novruz bayramı münasibətilə təşkil edilib. Vinnetsk uşaq evinin direktoru Vasyuk Mixaylo çıxış edərək belə bir aksiyanın təşkil edilməsinə və uşaq evinə etdikləri yardıma görə Azərbaycan gənclərinə təşəkkür edib.



Birliyin Vinnetsk vilayəti üzrə sədri Adil Məmmədov hər kəsi salamlayaraq Novruz bayramının adət-ənənələrindən danışaraq hər kəsə xoşbəxtlik, sağlamlıq və bütün arzularının reallaşmasını arzulayıb.



Rəsmi görüşdən sonra uşaqlar üçün konsert proqramı təşkil edilib. Tədbir çərçivəsində uşaqlara hədiyyələr paylanılıb, onlara rəsm çəkmək, oynamaq, əylənmək imkanı yaradılıb.

Mənbə
ANS PRESS