Ölkə

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib

Metbuat.az

[ 30 Mart 2015 18:01 ]


Bakı. Mübariz Aslanov – APA. Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycana gəlib.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Ali Radanın azərbaycanlı deputatı, Gömrük və vergi siyasəti komitəsinin sədri, Ukrayna - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Roman Nəsirov rəhbərlik edir.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulub. Səfər aprelin 1-nə kimi davam edəcək.