Türkiyənin hakim partiyasından Bülənt Arıncın istefasının tələb edirlər
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri ölkə hökuməti rəhbərinin müavini
Bülənt Arınçın istefasını tələb ediblər.
Bu barədə
TrendTürkiyənin Milliyet qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına əsasən, istefa tələblərinin başlıca səbəbi Arınçın bu günlərdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bağlı verdiyi açıqlama olub.
Belə ki, Arınç bildirib ki, ölkə prezidenti tez-tez televiziya ekranlarına çıxmamalıdır. B.Arınç həmçinin açıqlamasında qeyd edib ki, Ərdoğan kürd probleminin həlli məsələsinin detalları haqqında yetərincə məlumatlı deyil.
Məlumatda o da qeyd olunub ki, hakim partiyanın millət vəkilləri Arınçı hazırda ABŞ-da olan və Türkiyə əleyhinə casusluqda ittiham olunan Fətullah Gülənlə əlaqəli olmaqda da ittiham ediblər.
Məlumat üçün qeyd edək ki, 1983-cü ildən ölkə siyasətində rol oynayan Arınç 2001-ci ildən hakim Ədalət və İnkişaf Partiyasında əsas simalardan biridir.
Milli.Az