Dünya
İHA
Türkiyədə yeni həyəcan
Türkiyənin Van vilayətində 3 nəfər MERS virusuna yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, biri qadın olmaqla, 3 nəfər ötən həftə Ümrə ziyarətindən qayıdıbmış. Onların Səudiyyə Ərəbistanında rast gəlinən MERS virusuna yoluxduqları ehtimal edilir.
MERS virusu şübhəlilərinin Van xəstəxanasınə yerləşdirilməsi ilə əlaqədar, burada olan bütün personal, xəstələr və xəstə yaxınları respirator maska taxmağa başlayıb.
MERS virusu şübhəlilərinin həqiqətən də bu virusa yoluxub-yoluxmadığı isə araşdırmalardan sonra məlum olacaq.
MənbəİHA