Dünya

Türkiyədə "Korona" virusuna yoluxma halları aşkarlanıb

Metbuat.az

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Van vilayətində "Korona" virusuna yoluxma ilə bağlı 3 fakt aşkarlanıb. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, yoluxanlardan ikisi qadındır.

Məlumata görə, yoluxanların hamısı Türkiyə vətəndaşıdır və daha əvvəl Səudiyyə Ərəbistanından kiçik həcdən gəliblər.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az