Türkiyə və Türkmənistan prezidentləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi yaradılması məsələsini müzakirə ediblər
Bakı, 4 mart,
AZƏRTACTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi yaradılması məsələsini müzakirə ediblər.
AZƏRTAC
Türkmənistanın TDH Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Türkmənistan prezidentinin Türkiyə Respublikasına iki günlük rəsmi səfərinin yekunlarına əsasən, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birgə Bəyanatı qəbul edilib.
Bəyanatda deyilir: “Tərəflər nəqliyyat sahəsində qarşılıqlı fəaliyyəti genişləndirmək və hər iki ölkənin potensialından daha tam istifadə etmək məqsədilə Əfqanıstan-Türkmənistan-Azərbaycan Respublikası-Gürcüstan-Türkiyə Respublikası nəqliyyat dəhlizi yaradılması məsələsini müzakirə ediblər”.