Ölkə
Türkiyə Respublikası Hərbi Hava Qüvvələri komandanı Azərbaycana səfərə gələcək
Bakı, 3 mart,
AZƏRTACMartın 4-də Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı ordu generalı Akın Öztürk Azərbaycana səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, A.Öztürkün Azərbaycana səfəri martın 6-dək davam edəcək.